İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonun gizli kartı: ABŞ-nin İrandakı namizədi ODUR

3664 14.01.2026 18:14 Gündəm A A

İrandakı xalq etirazlarının başlanmasından 17 gün ötür. Bu günlər ərzində yaşanan proseslərin mərkəzində bir ad getdikcə daha çox önə çıxmaqdadır - ölkənin hazırkı prezidenti Məsud Pezeşkian.

Diqqət yetirsək, görərik ki, əslində İrana əsas düşmən ölkələr sayılan ABŞ və İsrailin hədəfindəki şəxs də o deyil. Əsas tənqidlər ali dini lider Ayətullah Xamneyiyə yönəlib. Hətta sui-qəsd ehtimalından gizlənən də odur...

Heç kəsə sirr deyil ki, Ağ Evin İranla bağlı əsas hədəfi oradakı molla rejimini tarixin arxivinə atmaqdır. Məhz bu hədəfin fonunda prezidentin ismi hallanır.

Ara-sıra Pezeşkianın xalqı müdafiə etdiyini, dövlət qurumlarını sərt şəkildə təndiq etdiyini də görürük. Hökumət lehinə keçirilən mitinqdə də əsas lider görkəmində görünən ali dini liderlə bərabər görünən prezident idi.

MESUD.jpg (81 KB)

Bütün bunlardan çıxış etsək, son günlərdə İran mediasında səslənən “ABŞ-nin namizədi Pezeşkiandır” iddiaları əsassız sayılmaz. Burada isə Pezeşkianın adı Qərb, xüsusilə ABŞ kontekstində çəkiləndə rəsmi dəstəkdən çox, “məqbul alternativ”, “nəzarət edilə bilən fiqur” anlayışları ön plana çıxır. Onun sərt ideoloji ritorikadan uzaq durması, Qərblə dialoqa açıq mesajlar verməsi, üstəlik, BMT tədbiri olsa da, prezident kürsüsünə əyləşəndən sonra ABŞ-yə səfər etməsi və sanksiyaların iqtisadi fəsadlarını açıq şəkildə dilə gətirməsi Vaşinqtonda və Avropada diqqətlə izlənilir. Bu isə İranın mühafizəkar qanadında Pezeşkianın üzərinə “xarici layihə”, “Qərbin seçimi” damğasının vurulmasına səbəb olur.

Bütün bunlar onu göstərir ki, ABŞ onun qarşısında “yaşıl işıq” yandıra bilər. Burada azərbaycanlı prezidentin şanslarını artıran bir faktor da var, onun 40 milyonluq soydaşları...

Digər tərəfdən, İranda küçə etirazlarının davam etdiyi, sosial narazılığın artdığı bir vaxtda belə fiqurların önə çıxması təsadüfi deyil. Hakimiyyət daxilində balans axtarışları, xalqla sistem arasında yaranmış uçurum və beynəlxalq təzyiqlər fonunda Pezeşkian fiquru həm daxili kompromis, həm də xarici mesaj rolunu oynayır.

MUTELLİM.jpg (103 KB)

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a açıqlamasında bildirib ki, Birləşmiş Ştatların İrana münasibəti bizim istək və arzularımıza tərs mütənasibdir:

“Üstəlik, İran məsələsi kifayət qədər mürəkkəbdir. Burada həm geosiyasi, həm də iqtisadi maraqlar toqquşur. Xalqın ideoloji-dini bağlılığı da kənar müdaxilələrin effektivliyini aşağı salır. Kənar təsirlər hakimiyyətlə xalq arasında olan anlaşmazlığı aradan qaldırır. Buna görə də İrana münasibətdə ehtiyatlı mövqe tələb olunur. ABŞ-nin ictimai nəbzi yoxlamaq üçün ortaya atdığı Pəhləvinin hakimiyyətə qayıtması ideyasına çox ciddi təpkilər verildi. Artıq getdikcə daha çox aydın olur ki, Pəhləvi İranda yeni hakimiyyət rəhbəri kimi gözləntiləri doğrultmayacaq. İndi bütün tərəfləri qane edən, azsaylı xalqların da hüquqlarını müdafiə etməkdən çəkinməyən prezident Məsud Pezeşkian keçid dövrü üçün ən yaxşı lider ola bilər. Pezeşkianın islahatlara meyilli olması, açıq fikirliliyi, seçilmiş prezident olaraq xalqın maraqlarını ifadə edən açıqlamalar verməsi onun reytinqini artırır. Bu keyfiyyətləri ilə onun bütün tərəfləri qane edən liderə çevrilmək şansı yüksəkdir.

Uzun illər İranda yaşamayan, xalqın istəyi, psixologiyası, problemləri ilə bağlı məlumatlara malik olmayan, yadlaşmış bir şəxsin dövlətin başına gətirilməsi mümkün deyil”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR