İnsanlara hürriyət, millətlərə istiqlal!

Vəfa Şərifova ərə gedir? - “Haydı, salamat qalın” - VİDEO

3717 19.03.2026 12:11 Şou-biznes A A

Vəfa Şərifova Novruz çərşənbələrinin maraqlı adətlərindən biri sayılan “üzük falı”na baxıb.

"Yeni Sabah" xəbər verir ki, müğənninin bununla bağlı paylaşımı qısa müddətdə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

O, üzüyünü suyun üzərinə qoyaraq falına baxıb. Həmin an üzüyün suya düşməsi, ənənəyə görə, insanın tezliklə ailə quracağına işarə kimi qəbul olunur.

“Mən getdim... Haydı, salamat qalın”, - deyən V. Şərifovanın şəxsi həyatı uzun müddətdir müzakirə olunur. Bir müddət əvvəl o, iş adamı Famil Xəlilov ilə ayrıldığını bildirib. Onların rəsmi nikahının olmadığını da məhz müğənni etiraf edib.

Cütlüyün bu münasibətdən bir qız və bir oğlu var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR