İnsanlara hürriyət, millətlərə istiqlal!

Volodindən zarafat kimi açıqlama: "Minlərlə avropalı söz azadlığı üçün Rusiyaya köçür"

586 26.11.2025 19:52 Dünya A A

Avropadan Rusiyaya köçmək istəyənlərin sayı artır.

Musavat.com xəbər verir ki, bu sözlər Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin tərəfindən səslənib.

Onun sözlərinə görə, hər ay "qeyri-dost ölkələrin" təxminən 150 vətəndaşı Rusiyada məskunlaşmaq üçün müraciət edir, ümumilikdə isə 2025-ci ilin oktyabrına qədər 2275 müraciət daxil olub. Ən çox köç istəyənlər Almaniya, Latviya, Fransa, İtaliya, İngiltərə, Estoniya və Litvadan gəlir.

Volodin iddia edir ki, avropalıları Rusiyaya cəlb edən əsas səbəblər "söz azadlığı", təhlükəsizlik, ənənəvi dəyərlər, pulsuz səhiyyə və təhsildir. O deyir ki, Avropadakı iqtisadi çətinliklər insanları Rusiyada özləri və övladları üçün "daha yaxşı həyat" axtarmağa sövq edir.

Lakin beynəlxalq informasiya azadlığı reytinqi "Global Expression Report" tam başqa mənzərə göstərir: Rusiya söz azadlığı səviyyəsinə görə 161 ölkə arasında 151-ci yerdədir. Ondan aşağı yalnız Əfqanıstan, Çin, Myanma, Nikaraqua, Şimali Koreya və Suriya qərarlaşıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR