İnsanlara hürriyət, millətlərə istiqlal!

Xanım məmur yüksək vəzifəyə TƏYİN EDİLDİ

1268 05.02.2026 19:51 Ölkə A A

Mingəçevir Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısı İlham İsmayılov bir neçə ildir boş qalan I müavin postuna təyinat aparıb.

Musavat.com xəbər verir ki, bu barədə jurnalist Esmira Hidayətova məlumat yayıb.

O bildirib ki, bu vəzifəyə şəhərdə tanınmış şəxslərdən olan Məhluqə Cavadova təyin olunub.

Xatırladaq ki, M.Cavadova bu təyinadək başçının müavini - Şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb. O, 2014-cü ildən həmin vəzifəni icra edirdi. Yeni struktur dəyişikliyi nəticəsində sözügedən vəzifə ləğv edilib.

***

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Mingəçevir və Şirvan şəhərləri icra hakimiyyəti başçılarının müavinlərinin sayı azaldılıb.

Belə ki, həmin icra hakimiyyətlərində başçının müavini vəzifəsinin sayı 4-dən 3-ə endirilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR