İnsanlara hürriyət, millətlərə istiqlal!

“Xankəndi 500 minlik, Gəncə milyonluq şəhərə çevrilməlidir”-Bakıya axının qarşısı necə alınsın?

1937 08.12.2025 12:27 Dünya A A

“2050-ci ilə qədər Azərbaycanda şəhər əhalisi 6,7 milyon nəfərə çatacaq”. “APA-Economics” xəbər verir ki, bu barədə BMT-nin hesabatında bildirilib.

Qeyd edilib ki, Azərbaycanda şəhər əhalisinin sayı artmaqda davam edəcək. Belə ki, 2000-ci ildə 4,18 milyon nəfər olan şəhər əhalisi 2025-ci ildə 6,10 milyon nəfərə yüksəlib, 2050-ci ildə isə 6,68 milyon nəfərə çatacağı proqnozlaşdırılır. Bu, 2000–2025-ci illər üzrə orta illik artım tempinin 0,1% təşkil etdiyini göstərir. Şəhər əhalisinin xüsusi çəkisi isə 2000-ci ildə 51,1% olduğu halda 2025-ci ildə 58,6%-ə yüksəlib. Proqnoza əsasən 2050-ci ilə qədər Azərbaycanda əhalinin təxminən 60%-i şəhərlərdə yaşayacaq. 

Bu statistika və proqnoz reallığı nə dərəcədə düzgün əks etdirir?

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli Musavat.com-a bildirib ki, Azərbaycanda urbanizasiya problemi barədə bu yaxınlarda ölkə başçısı İlham Əliyev çıxışlarının birində xüsusi yer ayırdı. Bu fakt problemin get-gedə ciddiləşdiyinin daha bir təsdiqi sayılmalıdır: “Azərbaycanda urbanizasiya, əslində, xaoitik gedib. Yəni əsasən Bakı və Abşeronun yüklənməsi prosesi gedib. Digər şəhərlərimizə isə rayonlardan və kəndlərdən əhalinin köçməsi prosesi demək olar baş verməyib. Əksinə məsələn, respublikanın ikinci böyük şəhəri Gəncədən əhalinin Bakıya, Abşeron rayonuna köçməsi prosesi baş verib. BMT-nin hesabatında isə Azərbaycanın bütün şəhərləri nəzərdə tutulub. Bu, qeyri-normal urbanizasiya problemi belə görünür ki, davam eləyəcək”.

Ekspertin fikrincə, çıxış yolu ondan ibarətdir ki, məsələn, cəlbedici böyük şəhərlər yaranmalıdır və kənd rayonlarında əhalinin məşğulluğunun genişləndirilməsi istiqamətində addımlar atılmalıdır: “Məsələn, Xankəndi şəhərinin əhalisi 500 minə çatmalıdır, Gəncəni çalışmalıyıq milyonluq şəhər edək ki, regionun mərkəzinə çevrilsin. İnsanlar təkcə problemlərə görə Bakıya köçmürlər. Başqa məsələlər də var. Məsələn, mədəni həyatdır, sosial infrastrukturdur, bütün bunlar şəhərləşmə konsepsiyasına uyğun aparılmalıdır”.

 

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR