Dekabrın 28-də Xankəndi şəhərinə mövsümün ilk qarı yağıb.
Musavat.com xəbər verir ki, axşam saatlarından yağan qar şəhərə qış ab-havası gətirib, küçə və parklar ağ örpəyə bürünüb.
Hava şəraitinin dəyişməsi ilə əlaqədar kommunal xidmətlər gücləndirilmiş iş rejiminə keçib.Nəqliyyatın maneəsiz hərəkəti üçün yolların təmizlənməsi istiqamətində tədbirlər görülür.
Şahanə Rəhimli
Musavat.com






