Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Yaponiya Liberal Demokrat Partiyasından (LDP) və Yaponiya Yenilənmə Cəmiyyəti partiyasından ibarət hakim blok 8 fevral seçkilərində parlamentin əsas aşağı palatasında yerlərin üçdə ikisini qazanıb.
Musavat.com xəbər verir ki, məlumatı Yaponiya ictimai yayımçısı (NHK) öz exit-poll nəticələrinə əsasən açıqlayıb. Səslər artıq sayılıb. NHK-nın məlumatına görə, hakim blok mütləq 310 yerdən çox qazanacaq və konstitusiya çoxluğunu təmin edəcək.
Bu, həmçinin hakim blokun hazırda çoxluğun olmadığı parlamentin yuxarı palatasındakı qərarları nəzərə almadan istənilən qanunu qəbul etməsinə imkan verəcək.
İndiyə qədər sayılan səslərə əsasən regional seçki komissiyalarının rəsmi konsolidasiya edilmiş məlumatlarına görə, LDP artıq parlamentin aşağı palatasında fərdi çoxluğu - 465 yerdən 258-ni, koalisiya tərəfdaşı olan Yaponiya Yenilənmə Cəmiyyəti isə daha 23 yeri təmin edib.
LDP-nin qərargahına gələn Baş nazir Sanae Takaiçi, partiya yoldaşlarının təbriklərini qəbul edərkən sevinc göz yaşlarını saxlaya bilməyib. O, bütün Yaponiya vətəndaşlarına dəstəyə və etimada görə təşəkkür etdi və əhaliyə iqtisadi dəstək çərçivəsində ölkədə istehlak vergisinin müvəqqəti olaraq ləğvi üçün səyləri artıracağına söz verib.
Musavat.com






