İnsanlara hürriyət, millətlərə istiqlal!

Yaponiyanın baş naziri sərt mesaj verdi: “Hər kəsi at kimi işlədəcəm”

658 04.12.2025 22:38 Dünya A A

Yaponiyada 2025-ci ilin ən çox müzakirə olunan ifadəsi rəsmi şəkildə müəyyənləşdirilib.

Musavat.com xəbər verir ki, baş nazir Sanaa Takaiçinin vəzifəyə başlamazdan əvvəl səsləndirdiyi məşhur çağırış — “İşləmək, işləmək, işləmək, işləmək və bir daha işləmək”. — ölkədə ilin şüarı elan edilib.

Yapon ictimaiyyətinin gündəmini əks etdirən digər namizədlər arasında “ayıların vurduğu ziyan”, “Tramp tarifləri” və “çox-çox köhnə düyü” kimi ifadələr də yer alıb.

Rəsmi açıqlamalara görə, sərt çıxışları ilə tanınan Takaiçi bir dəfə “Hər kəsi at kimi işlədəcəm”. — deyə bildirib. Baş nazirin son dərəcə gərgin iş qrafiki var: o, gündə cəmi 2–4 saat yatır və bəzən səhər saat 03:00-da belə yüksək vəzifəli şəxsləri təcili iclasa çağırır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR