İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni mərhələ başlayır – “Səsiniz olaq” Azərbaycanda ilk dəfə

831 26.01.2026 16:39 Sosial A A

“2025-ci ilin iyul ayında icrasına başlanılan inklüziv layihə – “Səsiniz olaq” onlayn surdotərcümə xidməti ölkəmizdə ilk dəfə tətbiq olunur”.

Musavat.com bildirir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində 2025-ci ildə görülmüş işlərin yekunları və qarşıda duran hədəflərə dair keçirilən mətbuat konfransında agentliyin İdarə Heyətinin sədri Ramin Rzayev deyib.

Sədr qeyd edib ki, layihə eşitmə və nitq məhdudiyyətli şəxslərin müraciətlərinin işarət dilini bilməyən tərəflərə – dövlət qurumlarına, özəl sektora və digər qurumlara – çatdırılmasını təmin edir.

Bu xidmətin tətbiqi Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ən yaxşı təcrübə kimi qiymətləndirilib və Avropa regionu üzrə inklüzivlik sahəsində uğurlu nümunələr sırasına daxil edilib.

Layihə çərçivəsində indiyədək 251 müraciət əsasında 143 surdotərcümə xidməti göstərilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR