İnsanlara hürriyət, millətlərə istiqlal!

Yeni rekord: 243 kiloqramlıq nəhəng mavi üzgəcli tuna balığı fantastik qiymətə satıldı

2111 07.01.2026 03:20 Maraqlı A A

Yaponiyanın şimal sahillərində ovlanan 243 kiloqram çəkisi olan nəhəng mavi üzgəcli tuna balığı Tokioda keçirilən ənənəvi Yeni il balıq hərracında 3,2 milyon ABŞ dollarına alıcı tapıb.

Musavat.com xəbər verir ki, balığı Yaponiyanın məşhur Kiyomura Corp şirkəti satın alıb. Şirkətin sahibi, tanınmış sushi restoranlar şəbəkəsinin rəhbəri Kiyoşi Kimura ən yüksək məbləği təklif edərək hərracın qalibi olub.

Bununla da Kimura 2019-cu ildə özünün müəyyən etdiyi əvvəlki rekordu yeniləyib. Hərrac Yaponiyada həm iqtisadi, həm də simvolik əhəmiyyət daşıyır və hər il mavi üzgəcli tuna balıqları üçün rekord qiymətlərlə yadda qalır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR