İnsanlara hürriyət, millətlərə istiqlal!

Yermakın evində axtarış: bir neçə telefon və noutbuk müsadirə olundu

496 29.11.2025 14:02 Dünya A A

"Ukrainskaya Pravda" hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yazır ki, Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın evində aparılan axtarış zamanı bir neçə mobil telefon və noutbuk götürülüb.

Musavat.com xəbər verir ki, mənbələrin sözlərinə görə, müsadirə olunan bütün cihazların içindəki məlumatlar hüquq-mühafizə orqanları tərəfindən təhlil olunur və hazırda onların məzmunu üzrə araşdırma davam edir.

Nəşrin məlumatına görə, əvvəl mediada yayılan “Yermakın iş kabinetində də axtarış aparılıb” xəbəri təsdiqini tapmayıb. UP ilə danışan mənbə bildirib ki, istintaq tədbirləri yalnız Yermakın şəxsi evində keçirilib, Prezident Ofisinin binasında heç bir əməliyyat icra olunmayıb.

Axtarışın detalları açıqlanmır, lakin müsadirə olunan cihazların çoxluğu istintaqın Yermakın kommunikasiya kanallarını və yazışmalarını hərtərəfli şəkildə araşdırmaq niyyətində olduğunu göstərir.

Hazırda rəsmi qurumlardan mövzu ilə bağlı açıqlama verilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR