İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: ABŞ Ukraynaya Konqres tərəfindən təsdiqlənmiş real təhlükəsizlik təminatları vermək istəyir

572 09.12.2025 23:58 Dünya A A

Musavat.com xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Vaşinqtonla aparılan təhlükəsizlik danışıqlarının əsas məzmununu açıqlayıb. Onun sözlərinə görə, ABŞ rəsmiləri Ukraynaya Konqresdə səsvermədən keçəcək real təhlükəsizlik təminatları təklif etmək niyyətindədir.

Zelenski jurnalistlərə bildirib: “Amerikalılar deyirlər ki, Ukraynanın real təminatları olmalıdır – biz bunu hiss etməliyik. Silah olmalıdır, lazım gəldikdə Rusiyaya qarşı sanksiyalar tətbiq edilməlidir, hava hücumundan müdafiə sistemi təmin olunmalıdır”. 

Musavat.com xəbər verir ki, prezident söhbətin NATO-nun Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə oxşar təminatlardan getdiyini də bildirib. Lakin Zelenskinin sözlərinə görə, detallar hələ işlənməyib və müzakirələr davam edir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR