Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Avropa və ABŞ tərəfdaşları ilə danışıqların planlaşdırıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, prezidentin sözlərinə görə, əsas məqsəd Ukraynanın təcili ehtiyac duyduğu hərbi və enerji dəstəyinin təmin edilməsidir.
Zelenski bildirib ki, tərəfdaşlara Ukraynanın ehtiyacları hər gün xatırladılmalıdır:
“Hava hücumundan müdafiə sistemləri hər gün lazımdır, dronların qarşısını alan vasitələrin istehsalı üçün maliyyə – hər gün, enerji infrastrukturu üçün avadanlıq – hər gün. Bu həftə Avropa və Amerika tərəfdaşlarımızla işləyəcəyik ki, Ukrayna zəruri yardımı alsın”, – deyə o, paylaşımında yazıb.
Prezident vurğulayıb ki, davam edən müharibə şəraitində müdafiə və enerji təhlükəsizliyi Ukrayna üçün prioritet olaraq qalır və beynəlxalq dəstək fasiləsiz olmalıdır. Danışıqların nəticələri ilə bağlı yaxın günlərdə əlavə məlumatın açıqlanacağı gözlənilir.
Musavat.com






