İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski həlledici mərhələni elan etdi: müharibənin sonu ilə bağlı ən ağır mövzular masadadır

770 07.01.2026 15:29 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün tərəfdaşlarla müharibənin başa çatdırılması ilə bağlı ən mürəkkəb məsələlərin müzakirə olunacağını bildirib.

Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, danışıqların əsas mövzuları Zaporojye Atom Elektrik Stansiyası və mübahisəli ərazilərlə bağlı olacaq.

Zelenski qeyd edib ki, bu məsələlər son dərəcə həssas və prinsipial xarakter daşıyır və onların həlli münaqişənin taleyində həlledici rol oynaya bilər.

Ukrayna liderinin bu açıqlaması müharibənin gələcək gedişi ilə bağlı beynəlxalq gözləntilərin artdığı bir vaxta təsadüf edir və yaxın günlərdə mühüm qərarların verilə biləcəyi ehtimalını gücləndirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR