İnsanlara hürriyət, millətlərə istiqlal!

“Zelenski Yeni ildə istefa verəcək”

1120 01.12.2025 00:51 Dünya A A

Ukrayna Prezidenti Volodimir Zelenskinin Yeni il ərəfəsində istefa verə biləcəyi ilə bağlı iddia gündəmə gəlib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə siyasi texnoloq Vladimir Petrov açıqlama verib.

O, Zelenskinin "artıq davam etmək istəmədiyini" irəli sürərək onun yaxın zamanda istefa qərarını açıqlaya biləcəyini bildirib. Siyasi texnoloq ehtimal edir ki, dekabrın 15-dək atəşkəs rejiminə nail olunacaq, Yeni il çıxışı zamanı isə Zelenski vətəndaşlara müraciət edərək postunu tərk etdiyini elan edəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna liderinə alternativ olaraq ölkənin Böyük Britaniyadakı səfiri, keçmiş Baş Qərargah rəisi Valeri Zalujnının adı çəkilmişdi. "The Sunday Times" nəşri onun Zelenskiyə ən yaxın reytinqə malik şəxs olduğunu bildirmişdi.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR