İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski–Yermak ayrılığı qalmaqala çevrildi: yarım saatlıq skandal?

965 01.12.2025 19:52 Dünya A A

Ukraynanın prezident ofisinin sabiq rəhbəri Andrey Yermakın istefası ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” məlumat yayıb.

Saytın mənbələrinə görə, Yermakın vəzifədən kənarlaşdırılmasını istəyən bir qrup yüksək vəzifəli rəsmi qapalı söhbət otağında addımlarını koordinasiya edib. Həmin çatda onun istefasından sonra yazılan mesaj belə olub: “Prezident kabinetində şənbə fotosessiyasında ən çox sevindirən sağ tərəfdəki boş stuldur”.

Mənbələr bildirir ki, bu mesaj çata yaradıldığı gündən bəri ən çox bəyənmə toplayan paylaşım olub.

Zelenski komandasındakı həmsöhbətlərinin sözlərinə görə, prezidentin Yermakla yolları ayırması çətin keçib. İddialara əsasən, Andrey Yermak ondan istefa ərizəsi yazılması tələb olunanda yarım saatlıq emosional skandal çıxarıb, prezidenti təhqir və ittihamlarla hədəfə alıb.

Jurnalistlər həmçinin öyrəniblər ki, 28 noyabrda Yermakın evində aparılan axtarış əməliyyatı demək olar ki, baş tutmayacaqmış. Səbəb hökumət kvartalının girişindəki təhlükəsizlik əməkdaşının Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Bürosu nümayəndələrini içəri buraxmaqdan imtina etməsi olub. Maneə aradan qaldırıldıqdan sonra axtarış həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR