İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski Yermakı vəzifələrdən kənarlaşdırdı: üç gün davam edən gərgin proses rəsmi qərarla yekunlaşdı

592 06.12.2025 00:24 Dünya A A

Musavat.com xəbər verir ki, Ukraynada son üç gündə intensiv şəkildə müzakirə olunan kadr dəyişiklikləri bu gün rəsmiləşdirilib.

Prezident Vladimir Zelenski Andrey Yermakı həm Milli Təhlükəsizlik və Müdafiə Şurasının (SNBO), həm də Ali Baş Komandanın Qərargahının tərkibindən çıxarıb.

Bu barədə məlumat dövlət başçısının saytında dərc olunan №901/2025 və №902/2025 saylı fərmanlarda əksini tapıb.

Rəsmi sənədlərdə qərarın səbəbi göstərilməsə də, Kiyev siyasi dairələrində Yermakın statusu ilə bağlı son günlərdə yaranmış gərginlik fonun əsas elementi kimi qiymətləndirilir. Ekspertlərin fikrincə, Zelenski müdafiə və təhlükəsizlik idarəçiliyində struktur yenilənməsi prosesinə start verib və bu dəyişiklik həmin kursun tərkib hissəsidir.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR