İnsanlara hürriyət, millətlərə istiqlal!

21 dekabr 1991: Almatıda MDB yaradıldı — SSRİ-nin süqutunu rəsmiləşdirən tarixi qərar VİDEO

1474 21.12.2025 23:09 Son xəbər A A

1991-ci il dekabrın 21-də Qazaxıstanın Almatı şəhərində keçmiş SSRİ-yə daxil olmuş 15 respublikadan 11-nin dövlət və hökumət başçısı Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında deklarasiyanı imzaladı. Bu sənəd Sovet İttifaqının faktiki olaraq tarix səhnəsindən getməsini rəsmiləşdirən əsas siyasi aktlardan biri kimi qiymətləndirilir.

Almatı görüşündə imzalanan deklarasiya ilə Müstəqil Dövlətlər Birliyinin siyasi və hüquqi əsasları müəyyənləşdirildi. Sənəddə qeyd olunurdu ki, MDB-yə üzv dövlətlər müstəqil, suveren və beynəlxalq hüququn subyekti olan dövlətlərdir, aralarında münasibətlər isə bərabərlik, qarşılıqlı hörmət və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurulacaq. 

almata (1).jpg (556 KB)

Deklarasiyanın qəbulu ilə postsovet məkanında yeni dövlətlərarası münasibətlər formatı formalaşdı. MDB-nin yaradılması SSRİ-dən sonra yaranmış siyasi boşluğun nizamlanması, iqtisadi, humanitar və təhlükəsizlik sahələrində əlaqələrin qorunub saxlanılması üçün nəzərdə tutulmuş mexanizm kimi təqdim edilirdi. 

Qeyd edək ki, Almatı sammiti 1991-ci il dekabrın 8-də Belarusun Viskuli iqamətgahında Rusiya, Ukrayna və Belarus liderləri tərəfindən imzalanmış Belovej sazişlərinin məntiqi davamı oldu. Məhz Almatı deklarasiyası ilə SSRİ-nin mövcudluğuna hüquqi baxımdan yekun vuruldu və sovet dövründən sonrakı mərhələyə keçid rəsmən təsdiqləndi. 

RIAN_archive_41059_CIS_heads_of_state.jpg (295 KB)

Tarixçilərin və politoloqların fikrincə, 21 dekabr 1991-ci il postsovet məkanının formalaşmasında dönüş nöqtəsi olmaqla yanaşı, yeni geosiyasi reallıqların əsasını qoyan mühüm hadisə kimi yadda qaldı.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR