İnsanlara hürriyət, millətlərə istiqlal!

4 saat idarəolunmaz vəziyyətdə 115 km/saat sürətlə hərəkət etdi

896 29.12.2025 23:38 Dünya A A

Çində baş verən qeyri-adi insident sürücülər arasında ciddi narahatlıq yaradıb.

Musavat.com xəbər verir ki, kruiz-kontrol sisteminin sıradan çıxması nəticəsində minik avtomobili saatda 115 kilometr sürətlə hərəkət etməyə başlayıb və dörd saat ərzində tamamilə idarəolunmaz vəziyyətdə qalıb.

Məlumata görə, avtomobil bu müddət ərzində təxminən 490 kilometr məsafə qət edib. Sürücü dəfələrlə əyləci sıxmağa, ötürücünü neytral rejimə keçirməyə, əl əyləcindən istifadə etməyə və kruiz-kontrolu söndürməyə çalışsa da, bütün cəhdlər nəticəsiz qalıb.

Hadisə zamanı yol polisi vəziyyəti nəzarətə götürərək avtomobili məsafədən müşayiət edib. Nəqliyyat vasitəsi yalnız yanacağın tam tükənməsindən sonra dayanıb.

Bildirilir ki, avtomobilin istehsalçısı markanın adını açıqlamadan sürücüyə avtomobilin dəyərini tam şəkildə geri qaytarmağa və əlavə kompensasiya ödəməyə razılıq verib. Hadisə avtomobillərdə elektron idarəetmə sistemlərinin təhlükəsizliyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR