İnsanlara hürriyət, millətlərə istiqlal!

ABC News: Putinin razılaşmaya gedəcəyi ehtimalı son dərəcə aşağıdır

451 02.12.2025 01:08 Dünya A A

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff yaxın saatlarda Moskvaya səfər edəcək.

Musavat.com xəbər verir ki, ABC News bu səfəri Vaşinqtonun Ukrayna müharibəsini dayandırmaq cəhdləri üçün əsas sınaq hesab etsə də, ümidlərin minimal olduğunu yazır.

Məlumata görə, ehtimalların aşağı olmasının bir neçə səbəbi var. Putin açıq şəkildə kompromisə getməyəcəyini bəyan edib. Ötən həftə o, “Rusiya hesab etdiyi ərazilərdən” Ukrayna qoşunlarının çıxmasını növbəti dəfə tələb edib. Bundan əlavə, Zelenski ilə danışıqları “mənasız” adlandıraraq Kiyevin şərtləri qəbul etməsini “vaxt məsələsi” kimi dəyərləndirib.

Kreml cəbhədə özünü üstün hiss etdiyi üçün Uitkoff–Putin görüşündən yeni bir nəticə gözlənilmədiyi bildirilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR