İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 29 ölkədəki səfirini geri çağırıb - Ermənistandan da

469 22.12.2025 12:00 Dünya A A

Ağ Ev administrasiyası təxminən 30 xarici missiyada yüksək vəzifə tutan diplomatlarını geri çağırmaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, məlumatı Associated Press (AP) Dövlət Departamentinin adı açıqlanmayan rəsmilərinə istinadən yayıb. AP-nin məlumatına görə, ABŞ-ın xaricdəki 29 nümayəndəliyinin rəhbərləri vəzifələrindəki müddətlərinin yanvar ayında başa çatacağı barədə bildiriş alıblar.

Agentliyin məlumatına görə, sözügedən diplomatlar ABŞ-ın 46-cı prezidenti Co Baydenin administrasiyası dövründə təyin olunublar. Ən çox sayda ABŞ səfiri Afrikadan geri çağırılır, burada 13 ölkədəki ABŞ diplomatik nümayəndəliklərinin rəhbərləri vəzifələrindən azad edilmə barədə bildiriş alıblar. Asiyada Tramp administrasiyası Vyetnam və Filippin də daxil olmaqla altı ölkədən səfirlərini geri çağırır.

Yaxın Şərqdə Əlcəzair və Misirdəki yüksək vəzifəli ABŞ diplomatları vəzifələrindən azad edilmə barədə bildiriş alıblar. Kadr dəyişiklikləri Ermənistan, Şimali Makedoniya, Monteneqro və Slovakiyadakı ABŞ səfirliklərinə də şamil ediləcək. Associated Press xəbər verir ki, diplomatlar istəsələr, yeni təyinatları qəbul edə biləcəkləri Vaşinqtona qayıtmalı olacaqlar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR