Ukrayna prezidenti Volodimir Zelenski 24 fevralda prezident seçkiləri və sülh müqaviləsi ilə bağlı referendum keçirmək planlarını açıqlaya bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Kiyev ABŞ-nin təzyiqi altında səsverməyə hazırlıqlara başlayıb.
Nəşr yazır ki, seçkilər 15 maya qədər keçirilməsə, Ukrayna ABŞ-dən təhlükəsizlik zəmanətlərini itirə bilər.
Musavat.com






