ABŞ Dövlət Departamenti Qəzza zolağının yenidən qurulması üçün 60 milyard dolların ayrılması ilə bağlı məlumatları təkzib edib.
Musavat.com xəbər verir ki, təkziblə Dövlət Departamentinin Yaxın Şərq İşləri İdarəsi çıxış edib: "Bu, saxta xəbərdir. Planın heç bir yerində ABŞ-ın 60 milyard dolların xərcləyəcəyi deyilmir".
Qeyd edək ki, Wall Streat Journal daha əvvəl Trampın kürəkəni Cared Kuşner və Stiv Vitkoffun potensial investorlara Qəzzanın yenidən qurulması planını təqdim etdiklərinə dair məlumat yayıb. Plana əsasən, anklav futuristik kurort metropoluna çevriləcək və xərclərin "bəzi" hissələrini ABŞ maliyyələşdirəcək. Qəzetin əldə etdiyi layihə planına görə, təşəbbüsün ümumi dəyəri 112,1 milyard dollar olaraq qiymətləndirilir, bunun 60 milyardının ABŞ tərəfindən ayrılacağı qeyd edilirdi.
Musavat.com






