İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ şokda: nüvə bombardmançıları olan bazaya dronlar necə sızdı?

1795 21.03.2026 22:54 Dünya A A

ABŞ-də strateji hərbi obyekt üzərində baş verən müəmmalı hadisə ciddi rezonans doğurub.

Musavat.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri ABC News-a təsdiqləyib ki, Luiziana ştatında yerləşən Barksdeyl Hərbi Hava Qüvvələri bazası üzərində bir həftədən artıq müddətdə naməlum dronların ardıcıl uçuşları qeydə alınıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri bazanın ən həssas əraziləri – o cümlədən uçuş-enmə zolaqları üzərində 12-15 drondan ibarət çoxsaylı “dalğalar” müşahidə ediblər. Lakin bu uçuşların qarşısını almaq və ya dronları ələ keçirmək mümkün olmayıb.

Rəsmi açıqlamada bildirilir ki, sözügedən dronlar adi kommersiya qurğularından fərqli olaraq qeyri-standart siqnal xüsusiyyətləri, uzun məsafədən idarəetmə imkanları və radioelektron maneələrə qarşı yüksək davamlılıq nümayiş etdirib. Bu isə onların daha inkişaf etmiş və ehtimal ki, hərbi texnologiyaya yaxın sistemlər ola biləcəyi ehtimalını gücləndirir.

Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Barksdeyl bazası ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Strateji Zərbə Komandanlığının əsas mərkəzlərindən biridir. Burada nüvə silahı daşımaq qabiliyyətinə malik B-52 Stratofortress strateji bombardmançıları yerləşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR