İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ukraynaya dəstəyi artırır-2026 və 2027-ci illər üçün 800 milyon dollarlıq paket açıqladı

1106 08.12.2025 11:58 Dünya A A

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) dərc etdiyi yeni büdcə layihəsində Ukraynaya 2026 və 2027-ci illərdə ümumilikdə 800 milyon dollar həcmində maliyyə dəstəyi ayrılması nəzərdə tutulur.

Musavat.com xəbər verir ki, sənəddə bu vəsaitin təhlükəsizlik sahəsində yardım, hərbi təlimlər və müdafiə qabiliyyətinin gücləndirilməsi üçün istifadə ediləcəyi qeyd olunur.

Büdcə layihəsinin taleyi isə yaxın günlərdə müəyyənləşəcək. ABŞ Konqresində sözügedən sənəd üzrə səsvermələr bu həftə başlayacaq. Layihənin qəbul olunacağı təqdirdə, bu paket Vaşinqtonun Kiyevə uzunmüddətli dəstəyinin davamı kimi qiymətləndiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR