İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuelanı VURACAQ – Hədəfdə NƏLƏR VAR... VİDEO

737 29.11.2025 21:58 Dünya A A

ABŞ Venesueladakı hərbi və neft obyektlərini potensial zərbə hədəfləri siyahısına daxil edib.

Musavat.com xəbər verir ki, bu barədə "New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, Vaşinqton Venesuelaya mümkün zərbələri narkotiklərlə mübarizə kampaniyasının bir hissəsi kimi təqdim edə bilər, lakin əslində məqsəd Nikolas Maduro hökumətini zəiflətməkdir.

Məqalədə qeyd olunur ki, Venesuela vasitəsilə ABŞ-a daxil olan narkotik maddələrin payı olduqca azdır, buna baxmayaraq indiki administrasiya bunun əksini iddia edir.

"The Washington Post"un məlumatına görə, ABŞ hərbi aviasiyası demək olar ki, fasiləsiz şəkildə Venesuela yaxınlığındakı beynəlxalq hava məkanında patrul uçuşları həyata keçirir.

Həmçinin vurğulanır ki, Trampın Venesuelanı uçuş qadağan zonası elan etməsindən sonra ölkənin hava məkanı demək olar ki, boşalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR