İnsanlara hürriyət, millətlərə istiqlal!

Aİ Rusiyanın dondurulmuş aktivlərini müddətsiz bloklayıb

361 12.12.2025 23:43 Dünya A A

Avropa İttifaqı Rusiya Mərkəzi Bankına məxsus və Avropa ərazisində saxlanılan aktivlərin müddətsiz olaraq dondurulması barədə qərar qəbul edib.

Musavat.com xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, qərar cümə günü razılaşdırılıb. Bununla da Ukraynaya maliyyə dəstəyi məqsədilə həmin vəsaitlərdən istifadənin qarşısında duran əsas hüquqi maneələrdən biri aradan qaldırılıb.

Məlumata əsasən, söhbət Avropa maliyyə institutlarında saxlanılan təxminən 200 milyard avroya yaxın Rusiya aktivindən gedir. Qəbul edilən yeni mexanizm bu vəsaitlərin yalnız dondurulmasını deyil, eyni zamanda onlardan əldə olunan gəlirlərin Ukraynanın bərpası və müdafiəsi üçün yönləndirilməsini mümkün edir.

Qeyd olunur ki, bu qərar Aİ-nin Rusiyaya qarşı sanksiya siyasətində mühüm mərhələ hesab olunur və Ukraynaya uzunmüddətli maliyyə dəstəyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR