İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Baş Komandanın Ağdərə mesajları - “Dünyanın nadir təcrübələrindən biri...”

830 14.01.2026 15:16 Siyasət A A

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 13-də Ağdərədə etdiyi çıxış bütövlükdə postmüharibə dövrünün siyasi və mənəvi mənzərəsinin ifadəsi oldu. Dövlət başçısının azad edilmiş torpaqlarda səsləndirdiyi hər fikir, verdiyi hər mesaj bir daha həm qətiyyətli lider iradəsini, həm də tarixi ədalətin bərpasına söykənən strateji baxışı ortaya qoydu.

Ağdərədən verilən mesajlar bir daha göstərdi ki, bu torpaqlara qayıdış yalnız fiziki yox, həm də siyasi, iqtisadi və milli dirçəliş prosesidir.

NZJpLLxZ1W4R4A5L4nJS6rY1bBf6QO2X3JHjJmRa_825.jpg (117 KB)

Ali Baş Komandanın tarixi çıxışı Azərbaycanın gücünü, dövlətin öz ərazi bütövlüyünə sahib çıxmaq əzmini və gələcəyə hesablanmış inkişaf konsepsiyasını aydın şəkildə nümayiş etdirdi. Prezidentin Ağdərədə səsləndirdiyi fikirlər həm daxili auditoriya üçün inam, həm də regional və beynəlxalq dairələrə ünvanlanan açıq mesaj idi:

“Ağdərədə olmaq mənim üçün xüsusi mənəvi əhəmiyyət daşıyır. Uzun illər işğal altında qalmış bu torpaqlara yenidən qayıtmaq, burada həyatın bərpa olunduğunu görmək Azərbaycan dövlətinin gücünün, xalqımızın iradəsinin və şəhidlərimizin qanı bahasına qazanılmış Zəfərin real nəticəsidir”.

Prezidentin müharibə səhifəsinin bağlanması barədə etdiyi çağırış da diqqət çəkdi:

“Biz sülh tərəfdarıyıq. Azərbaycan regionda uzunmüddətli sülh və təhlükəsizliyin bərqərar olmasını istəyir. Artıq müharibə səhifəsi bağlanmalıdır. Mən əminəm ki, bundan sonra bu bölgədə heç vaxt müharibə olmayacaq. Azərbaycan öz gücünü göstərdi və bu güc sülh üçün kifayət qədər çəkindirici amildir”.

sona1.jpg (35 KB)

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a deyib ki, ölkə başçısının Ağdərəyə, eləcə də işğaldan azad olunmuş digər rayonlarımıza səfəri böyük qayıdışın növbəti periodlarına böyük stimul verir:

“Ölkə başçısının Ağdərədə səsləndirdiyi fikirlər, verdiyi mesajlar siyasi, iqtisadi, eyni zamanda milli dirçəliş prosesinin aydın şəkildə davamı və əyani təcəssümüdür. İndiyədək Qarabağ və Şərqi Zəngəzurun bərpasına 25 milyard manatdan artıq vəsait yönəldilib ki, bu da Azərbaycanın iqtisadi gücünün və dövlətin bu ərazilərə göstərdiyi xüsusi diqqətin bariz göstəricisidir. Bu, dünyanın nadir təcrübələrindən biridir. Müharibədən çıxmış, tamamilə dağıdılmış bir ərazinin qısa müddətdə bu templə bərpa olunması əsl möcüzədir. Qarabağda aparılan yenidənqurma işləri Azərbaycan dövlətinin siyasi və iqtisadi gücünün əyani göstəricisidir.

Ağdərə rayonu gələcəkdə Azərbaycanda regional turizmin inkişafına böyük töhfələr verəcək. Bu rayon kənd təsərrüfatı rayonu kimi qeyri-neft sektorunun inkişafında önəmli rol oynayacaq. Bunun üçün real imkanlar da mövcuddur. Çünki Sərsəng su anbarı və digər hidro resurslar buna imkan verir. Üstəlik, ölkəmizin iqtisadi gücü də buna imkan yaradır. Bir sözlə, regionda davam edən münaqişələr və dağıntılar fonunda Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı quruculuq siyasəti beynəlxalq ictimaiyyət üçün nümunə ola bilər. Digər tərəfdən, Orta Dəhlizin mühüm komponentlərindən biri olan Zəngəzur dəhlizinin (TRIPP) Qarabağ və Şərqi Zəngəzurdan keçməsi, yeni hava limanlarının açılması, dəmir yolu xətlərinin çəkilməsi bu regionun beynəlxalq nəqliyyat və kommunikasiya xəritəsində strateji mövqeyini daha da möhkəmləndirir.

DAHLİZ.jpg (240 KB)

Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur təkcə bərpa olunan ərazilər deyil, eyni zamanda Azərbaycanın gələcək inkişafını təmin edən əsas geoiqtisadi və geostrateji mərkəzlərdən birinə çevrilir”.

Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR