İnsanlara hürriyət, millətlərə istiqlal!

Arda Güler "Real Madrid"in tarixinə düşdü

1481 16.04.2026 10:52 İdman A A

"Real Madrid" klubunun yarımmüdafiəçisi Arda Güler UEFA Çempionlar Liqasında yeni rekordla yadda qalıb.

Gənc futbolçu bu uğura 1/4 final mərhələsində "Bavariya" ilə keçirilən cavab oyununda imza atıb.

Belə ki, Arda Güler qarşılaşmanın cəmi 35-ci saniyəsində rəqib qapısına yol taparaq komandasının turnirdə ən erkən qolunu vurub. O, bu epizodda Manuel Noyerin səhvindən məharətlə yararlanıb.

Bununla da türk futbolçu klubun əvvəlki rekordunu yeniləyib. İndiyədək bu göstərici Qaret Beylə məxsus idi. Uelsli oyunçu 2016-cı ilin noyabrında "Legia" ilə oyunda 57-ci saniyədə fərqlənmişdi./milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR