Avropa ölkələri bu həftə və ya gələn həftə Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsi ilə bağlı razılaşma elan edəcəklər.
Musavat.com xəbər verir ki, məlumatı Britaniyanın "The Times" qəzeti hökumət mənbələrinə istinadən yayıb. Mənbələrin sözlərinə görə, bu məsələ 8 dekabrda Londonda Britaniya Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merz və Ukrayna prezidenti Vladimir Zelenski arasında keçirilən görüşdə müzakirə olunub. Qəzetin məlumatına görə, "razılaşma çox yaxındır".
"The Times" yazır ki, razılaşma dondurulmuş Rusiya aktivlərindən Kiyevə 100 milyard funt sterlinq (133 milyard dollar) ayrılmasını nəzərdə tutur. Bu vəsait ya hərbi yardım, ya da Ukraynanın yenidən qurulması üçün istifadə olunacaq. London 8 milyard funt sterlinqə (10,6 milyard dollar) bərabər aktivlərin Ukraynaya çatmasını təmin edəcək.
Musavat.com






