Abşeron rayonunda avtomobilin yanması nəticəsində bir nəfər ölüb.
Hadisə Masazır qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, BMV markalı minik avtomobili anidən alovlanıb.
Nəticədə nəqliyyat vasitəsinin içərisində olan 3 nəfər çıxarılaraq xəstəxanaya çatdırılıb.
Aparılan tibbi müdaxilələrə baxmayaraq Qurbanəli Ağa oğlu Əlizadə həyatını itirib, digər 2 şəxsin müalicəsi davam etdirilir.
Hadisənin baş vermə səbəbi araşdırılır./Sfera.az






