İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL Bakı-Tehran-Bakı reysini ləğv edib

500 09.01.2026 15:28 Dünya A A

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Tehran-Bakı marşrutu üzrə bu günə planlaşdırdığı reysi ləğv edib.

Musavat.com bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, uçuşun bərpası ilə bağlı əlavə məlumat açıqlanacaq, dərhal sərnişinlər məlumatlandırılacaq.

"AZAL yaranmış narahatlığa görə üzr istəyir və göstərdikləri anlayış və səbirə görə sərnişinlərə təşəkkür edir. Uçuşların və sərnişinlərin təhlükəsizliyi AZAL üçün bir nömrəli prioritetdir. Sərnişinlər yeniliklər barədə xəbərdar olmaq üçün AZAL-ın çağrı mərkəzinə müraciət edə bilərlər: callcenter@azal.az", - deyə aviaşirkət bəyan edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR