Azərbaycanla Misir arasında Bakı-Qahirə istiqamətində birbaşa aviareysin açılması imkanları müzakirə olunur.
Musavat.com bildirir ki, bu barədə Misirin Azərbaycandakı səfiri Hüsaməddin Effat Mustafa Reza məlumat verib.
Səfirin sözlərinə görə, birbaşa hava əlaqəsinin qurulması turizmin inkişafına, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verə bilər. O bildirib ki, belə bir addım qarşılıqlı səfərlərin sayını artıracaq və biznes dairələri üçün yeni imkanlar yaradacaq.
Diplomat vurğulayıb ki, Bakı ilə Qahirə arasında birbaşa uçuşların açılması tərəflər arasında əməkdaşlığın yeni mərhələyə keçməsinə xidmət edəcək.
Musavat.com






