Bu il Rusiyada vətəndaşların Yeni il bayramı ilə bağlı xərcləri ciddi şəkildə azalıb.
Sorğuların nəticələrinə əsasən, bu il rusiyalılar Yeni il üçün orta hesabla 14 min rubl (təxminən 260 manat) xərcləməyi planlaşdırır.
Bu göstərici ötən illə müqayisədə demək olar ki, iki dəfə azdır. Belə ki, 2024-cü ildə vətəndaşlar bayram xərcləri üçün orta hesabla 26 min rubl (təxminən 480 manat) ayırmağı düşünürdülər.
Araşdırmaya görə, qeyd olunan məbləğə Yeni il hazırlıqları ilə bağlı bütün əsas xərclər daxildir. Bunlara ərzaq və hazır yeməklərin sifarişi, evin bəzədilməsi və bayram süfrəsinin qurulması, geyim və hədiyyələrin alınması, eləcə də məkan və avadanlıq icarəsi aiddir.
Bəs Azərbaycan vətəndaşları bu il Yeni bayramına nə qədər xərcləməyi düşünür?
TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.
Hazırladığımız videosorğunu təqdim edirik:
Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com






