İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdakı 106 abidə ilə bağlı mühüm açıqlama  

477 01.05.2026 12:17 Ölkə A A

Rayonlar ərazisində bütün məlumatlar toplanaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. Binalar arasındakı məsafələr məsələsi də komitənin səlahiyyətindədir.

Musavat.com xəbər verir ki, bu fikirləri “Şəhərsalma və Memarlıq İli”ndə media gündəmi ” panel sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Məzmun və Media Əlaqələri üzrə Baş meneceri Eldar Rəsulov deyib.

O bildirib ki, belə problem var: “Binaların müəyyən istismar dövrü var. Bakıda xeyli sayda istismar müddəti bitmiş binaların sakinlərinə kompensasiya verilməklə köçürülmə həyata keçirilir”, -deyə o qeyd edib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Fariz Hüseynli isə açıqlama verib ki, paytaxtın söküntü aparılan tarixi hissələrində memarlıq əhəmiyyəti olan 33 bina və 73 abidə var:

“Ümumilikdə 106 abidənin qorunmasına həsaas yanaşılır. Ərazidə əməkdaşlarımız abidələrin qorunmasına nəzarət edirlər. Ərazidə olan bütün memarlıq abidələri qorunacaq”.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR