Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tətəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəis müavini Ruslan Pirəlizadə deyib.
Onun sözlərinə görə, yanğının digər bitişik obyektlərə yayılmasının qarşısının alınması istiqamətində FHN tərəfindən təxirəsalınmaz tədbirlər görülüb: "Hadisə yerində xəsarət alan olmayıb. Baş verən yanğın 540 kv. m. ərazini əhatə edib. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir".
*** 21:06
Binəqədi rayonu, ərazisində mebel sexində baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar.
Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması, ərazinin nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə operativ tədbirlər görülür.
Həmçinin polis əməkdaşları tərəfindən avtomobil yolunda sıxlığın aradan qaldırılması və hərəkətin tənzimlənməsi məqsədilə zəruri işlər davam etdirilir.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib.
Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.






