İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüssel mənzərəsi: Fermerlərin etirazla küçəyə tökdüyü kartofları sakinlər yığıb apardı - VİDEO

611 22.12.2025 00:12 Dünya A A

Brüsseldə Avropa İttifaqının kənd təsərrüfatı siyasətinə qarşı keçirilən fermer etirazları zamanı maraqlı mənzərə yaranıb.

Musavat.com xəbər verir ki, aksiyalar zamanı fermerlər etirazın simvolu olaraq tonlarla kartofu küçələrə və yollara töküblər. Aksiya başa çatdıqdan sonra isə şəhər sakinləri yol kənarına səpilmiş kartofları torbalara yığaraq evlərinə aparıblar.

Sosial şəbəkələrdə yayılan videolarda insanların heç bir çəkinmədən yerdə qalan kartofları topladığı açıq şəkildə görünür. Sakinlər bunu “israfçılığa yol verməmək” və “məhsulun zay olmaması” ilə əsaslandırıblar. 

Qeyd edək ki, Brüsseldə keçirilən etiraz aksiyaları fermerlərin Aİ-nin ticarət razılaşmaları, subsidiya siyasəti və kənd təsərrüfatı məhsullarına qoyulan məhdudiyyətlərə etirazı fonunda baş verib. Fermerlər bu addımla mövcud siyasətə qarşı narazılıqlarını diqqət mərkəzinə çatdırmağa çalışıblar. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR