"Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıyır. Azərbaycan həm də yaşıl enerji strategiyası ilə dünya ölkələri sırasında özünə yer tutur. Prezidentimiz görün nə qədər öncədən proseslərin inkişafını görüb ki, yaşıl enerji strategiyasına illər öncə zamanında keçid prosesinə start verilib".
Musavat.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov müəllifi olduğu "Azərbaycan Respublikasının enerji təhlükəsizliyi siyasəti: Ənənəvi enerjidən "Yaşıl enerji"yə keçid" adlı kitabının təqdimat mərasimində bildrib.
O qeyd edib ki, Azərbaycan yeni alternativ enerji mənbəyi kimi özünü təsdiq edib:
"Bu, çox böyük nailiyyətdir. Prezident İlham Əliyevin bu siyasəti nəticəsində dünyada Azərbaycan etibarlı tərəfdaş kimi qəbul edilir".
Müəllif bu kitabın iki il yarım ərzində başa gəldiyindən danışıb və deyib ki, kitabı ancaq gecələr yazıb.
Etibar Seyidağa,
Musavat.com






