İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyhun Bayramovdan Azərbaycan-İsrail münasibətləri ilə bağlı SON DƏQİQƏ AÇIQLAMALARI FOTO

760 26.01.2026 13:15 Siyasət A A

Azərbaycan və İsrail münasibətləri günü-gündən inkişaf edir. Bu münasibətlər strateji xarakter daşıyır. Yüksək səviyyəli görüşlər xüsusi əhəmiyyət kəsb edir.

Musavat.com xəbər verir, bunu xarici işlər naziri Ceyhun Bayramov İsrailin XİN rəhbəri Gideon Saarla birgə mətbuat konfransında bildirib.

Nazir xatırladıb ki, Davosda iki ölkə lideri arasında görüş keçirilib:

“XİN səviyyəsində siyasi məsləhətləşmələr, hökumətlərarası, parlamentlərarası təmaslar önəm kəsb edir. Azərbaycanda böyük yəhudi icması, İsraildə Azərbaycandan köçənlərdən ibarət çox böyük diaspora mövcuddur. Sabah Holokost qurbanlarının anım günüdür. Fürsətdən istifadə edərək bu anım gününü qeyd etmək istərdim”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR