İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin daha bir rekord qırır: dünyanın ən uzun sürətli avtomobil yolu tuneli açılır

3663 19.12.2025 22:52 Dünya A A

Çin ilin sonuna qədər dünyanın ən uzun sürətli avtomobil yolu tunelini istismara verməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, “Sinxua” agentliyinin məlumatına görə, yeni tunel “Tyanşan Şenli” adlandırılacaq ki, bu da tərcümədə “Tyanşan zəfəri” mənasını verir. Tunel Tyanşan dağlarının orta hissəsindən keçidi köklü şəkildə asanlaşdıracaq.

Hazırda bir neçə saat çəkən dağ keçidi tunelin istifadəyə verilməsindən sonra cəmi 20 dəqiqəyə enəcək. Eyni zamanda, yaxın şəhərlər arasında səyahət vaxtı 7 saatdan 3 saata qədər azalacaq.

Məlumata görə, tunelin ümumi uzunluğu 22,13 kilometr təşkil edir. O, Sincan-Uyğur Muxtar Rayonunun (SUAR) şimal və cənub hissələrini birləşdirəcək və Urumçi–Yüli sürətli avtomagistralının əsas hissəsi olacaq.

Qeyd edək ki, hazırda dünyanın ən uzun avtomobil tuneli Norveçdə yerləşən Lærdal tunelidir (24,51 km). Çində inşa edilən 22,13 kilometrlik “Tyanşan Şenli” tuneli ümumi uzunluğa görə rekord qırmasa da, sürətli avtomobil yolları üzrə dünyanın ən uzun tuneli statusunu qazanacaq. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR