İranın hərbi texnologiya infrastrukturu ilə bağlı diqqətçəkən məlumat yayılıb.
Musavat.com xəbər verir ki, "The Washington Post" nəşrinin kəşfiyyat mənbələrinə istinadən verdiyi xəbərə görə, Çin İranın hərbi naviqasiya sistemlərini ABŞ-nin GPS şəbəkəsindən çıxararaq Pekinin şifrələnmiş BeiDou-3 peyk naviqasiya sisteminə keçirib.
Məlumata görə, bu addım İran ordusunun naviqasiya imkanlarını ABŞ sistemlərindən asılılıqdan çıxarmağa yönəlib. Bununla yanaşı, Çin Tehrana YLC-8B tipli gizlilik əleyhinə radar kompleksləri də təqdim edib.
Bildirilir ki, UHF diapazonunda işləyən bu radarlar ABŞ-nin ən müasir gizli platformaları – o cümlədən B-21 Raider strateji bombardmançıları və F-35C qırıcılarının radar görünməzliyini zəiflətmək üçün nəzərdə tutulub.
Məlumatda həmçinin qeyd olunur ki, Çin hərbi sənaye üçün həyati əhəmiyyət daşıyan nadir torpaq elementlərinin ixracını məhdudlaşdırıb. Bu addım ABŞ-nin bəzi yüksək texnologiyalı silah sistemlərinin istehsalı və mövcud ehtiyatlarının bərpasını çətinləşdirə bilər.
Musavat.com






