İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir təyyarə qəzaya düşdü - FOTO

738 04.12.2025 13:38 Dünya A A

ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) Thunderbirds akrobatika qrupuna məxsus F-16C Fighting Falcon qırıcı təyyarəsi San Bernardinodakı Trona Hava Limanı yaxınlığında qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, Nellis Hərbi Hava Qüvvələri Bazasının yaydığı açıqlamaya görə, təyyarə qəzadan əvvəl Kaliforniyada təlim uçuşu həyata keçirirmiş.

San Bernardino Şəhər Yanğından Mühafizə İdarəsi qəzadan əvvəl katapultasiya etməyi bacaran pilotun xəstəxanaya yerləşdirildiyini bildirib.

Qırıcı təyyarə qəzasının səbəbi ilə bağlı araşdırma davam edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR