İnsanlara hürriyət, millətlərə istiqlal!

Demokratlardan yeni “Epşteyn arxivi” zərbəsi: Tramp, Klinton və Qeytslə fotolar yayımlandı

910 12.12.2025 23:04 Dünya A A

ABŞ-da demokratlar maliyyəçi Ceffri Epşteynin arxivindən yeni materialları ictimaiyyətə təqdim ediblər.

Musavat.com xəbər verir ki, açıqlanan sənədlər və fotolar arasında Epşteynin ABŞ prezidenti Donald Tramp, keçmiş prezident Bill Klinton, eləcə də milyarder Bill Qeyts və digər nüfuzlu şəxslərlə birlikdə çəkilmiş görüntüləri yer alır.

Yayımlanan kadrlardan biri xüsusi diqqət çəkib. Həmin fotoda Donald Tramp altı qadınla birlikdə görünür, lakin qadınların üzləri gizlədilib. Fotoların hansı tarixdə və hansı şəraitdə çəkildiyi ilə bağlı ətraflı məlumat verilməyib.

Məsələ ilə bağlı açıqlama verən konqresmen Robert Qarsiya bildirib ki, bu materialların ictimailəşdirilməsində əsas məqsəd Epşteynin yüksək vəzifəli və nüfuzlu şəxslərlə əlaqələrini ictimaiyyətin diqqətinə çatdırmaqdır. Onun sözlərinə görə, arxivdə yer alan faktlar cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır və ciddi suallar doğurur”.

Qeyd edək ki, Ceffri Epşteyn işi ABŞ-da illərdir siyasi və ictimai dairələrdə qalmaqal mövzusu olaraq qalır. Yeni açıqlanan materialların bu qalmaqalı daha da dərinləşdirəcəyi və müzakirələri yenidən alovlandıracağı gözlənilir. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR