İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əliyev və Paşinyan Vaşiqtona gedir” xəbəri

3769 07.02.2026 20:08 Son xəbər A A

Ağ Ev 19 fevralda Qəzza zolağındakı vəziyyətlə bağlı Sülh Şurası liderlərinin görüşünü keçirməyi planlaşdırır.

Musavat.com “Axios”-a istinadən verdiyi məlumata görə, ABŞ prezident administrasiyası bu görüşdən Qəzzada atəşkəs sazişinin ikinci mərhələsinin həyata keçirilməsini irəlilətmək və bərpa üçün vəsait toplamaq üçün istifadə etmək istəyir.


Picture background

Daha əvvəl sammitin İsrailin baş naziri Binyamin Netanyahunun Vaşinqtona səfəri zamanı baş tutacağı deyilirdi, lakin onun iştirak edib-etməyəcəyi hələlik məlum deyil. Onun 18-22 fevral tarixlərində ABŞ-da olması planlaşdırılır. İsrail rəsmiləri öz növbəsində bildiriblər ki, Netanyahunun planlaşdırılan sammitdən bir gün əvvəl, 18 fevralda Ağ Evdə Trampla görüşü gözlənilir. Netanyahu İsrailin Sülh Şurasına qoşulacağını açıqlayıb, lakin hələlik onun nizamnaməsini rəsmi olaraq imzalamayıb.

Əgər Netanyahu Sülh Şurasının iclasında iştirak edərsə, bu, onun 7 oktyabr terror hücumundan və Qəzza müharibəsindən bəri ərəb və müsəlman liderləri ilə ilk açıq görüşü olacaq. Lakin sammitin tarixi müsəlmanların müqəddəs Ramazan ayının başlanğıcı ilə üst-üstə düşür ki, bu da ərəb və müsəlman liderlərinin iştirak planlarını çətinləşdirə bilər.
Qəzza atəşkəsinin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılsa da,irəliləyiş çox yavaşdır. İsrail Qəzza və Misir arasındakı Rəfah keçidini yenidən açmağa razılıq verib, lakin Qəzza sakinlərinin çox az hissəsinə icazə verilir. Anklav üçün yeni hökumət də yaradılıb, lakin hazırda o, zolağın xaricində yerləşir və Misirdən fəaliyyət göstərir.
Tramp administrasiyası və digər vasitəçilər - Misir, Qətər və Türkiyə - HƏMAS ilə atəşkəs razılığına nail olmağa çalışmaqda ilkin mərhələdədirlər. İsrail açıq şəkildə bildirib ki, HƏMAS-ın tərksilah edilməsi və Qəzzanın silahsızlaşdırılması olmadan qoşunlarını Qəzza zolağından çıxarmayacaq və ya onun yenidən qurulmasına başlamağa icazə verməyəcək.

Qəzza üçün Amerika sülh planına dərin şübhə ilə yanaşan Netanyahu iddia edir ki, Tramp son görüşündə HƏMAS-a silahsızlaşdırılması üçün yalnız 60 gün vaxt veriləcəyini və bundan sonra İsrailin müharibəni davam etdirə biləcəyini vəd edib. Amerika rəsmiləri bunu inkar edir və silahsızlaşdırma prosesinin daha uzun çəkəcəyini iddia edirlər. Trampın müşaviri Cared Kuşner Davosda yalnız Qəzza Zolağın ilkin silahsızlaşdırılmasını əhatə edən 100 günlük plan təqdim edib.

ABŞ prezidenti Donald Trampın sədrliyi ilə keçirilən Sülh Şurasının hazırda 27 üzvü var, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev. Sülh Şurasının Nizamnaməsinin imzalanma mərasimi yanvarın 22-də Davosda baş tutub. İmzalanma mərasimində Ermənistan, ABŞ, Argentina, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Misir, Macarıstan, İndoneziya, İordaniya, Qazaxıstan, Kosovo, Mərakeş, Pakistan, Qətər, Paraqvay, Səudiyyə Ərəbistanı, Türkiyə, BƏƏ və Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər. Xatırladaq ki, yanvarın 20-də Belarus prezidenti Aleksandr Lukaşenko respublikanın Sülh Şurasına qoşulmasını və onun nizamnaməsini həyata keçirmək öhdəliyini təsdiqləyən sənəd imzalayıb.
Zirvə görüşü ilə bağlı planlar hələlik ilkin mərhələdədir və zaman dəyişiə də  bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR