İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdəbildən dəhşətli kadrlar - VİDEO

1598 05.02.2026 23:18 Dünya A A

İranda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı rejim qüvvələrinin qəddar münasibətini əks etdirən yeni kadrlar yayılıb. Cənubi Azərbaycan bu etirazlarda daha təmkinli münasibət sərgiləsə də, rejimin soydaşlarımıza qarşı da qəddar münasibət sərgilədiyi elə son görüntülərdən aydın olur.

Musavat.com-un xəbərinə görə, sosial şəbəkələrdə yayımlanan videokadrların Ərdəbildə çəkildiyi bildirilir. Görüntülərdən aydın olur ki, təhlükəsizlik qüvvələrinə aid olan avtomobil etirazçıların üzərinə sürülüb. Nəticədə bir neçə nəfər təkərlərin altında qalır. Onların öldüyü, yoxsa ağır xə

sarət aldıqları açıqlanmır. Amma bildirilir ki, qəzəblənmiş kütlə həmin avtomobilə od vuraraq yandırır. Musavat.com Günaz.tv-yə istinadən həmin dəhşətli görüntüləri təqdim edir:

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR