İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni müxalifətçi və yaxınları prokurorluğa çağırıldı

341 29.12.2025 23:28 Dünya A A

Ermənistan parlamentinin “Ermənistan” blokundan deputatı, Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan, onun həyat yoldaşı Liana Xaçatryan, atası Vaçik Saqatelyan, “NARVEST” kənd təsərrüfatı kooperativinin icraedici orqanının rəhbəri Nairi Saqatelyan və deputatın bir neçə qohumu Ermənistan Baş Prokurorluğuna çağırılıb.

Musavat.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, onlar qanunsuz mənşəli əmlakın müsadirəsi ilə məşğul olan struktur bölməyə dəvət ediliblər.

Rəsmi qurumlar çağırışın detalları və araşdırmanın məzmunu ilə bağlı əlavə məlumat yaymayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR