İnsanlara hürriyət, millətlərə istiqlal!

Evi qarət olundu, oğru xalası qızı çıxdı - Xırdalanda KURYOZ OLAY

1114 30.12.2025 19:37 Kriminal A A

Abşeron rayonunun Xırdalan şəhərində oğurluq hadisəsi baş verib.

Zərərçəkən polisə müraciət edərək saxlanc yerinə qoyduğu 2000 manatının naməlum şəraitdə yoxa çıxdığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə zərərçəkənin xalası qızı D.Hüseynova şübhəli şəxs qismində saxlanılıb. Araşdırmalarla onun bir müddət əvvəl qonaq getdiyi evdən hissə-hissə pul vəsaitini oğurladığı məlum olub.

Paytaxtın Nəsimi rayonunda isə marketlərin birindən oğurluq etməkdə şübhəli bilinən Q.Əhmədov da müəyyən olunaraq saxlanılıb.

Araşdırmalar davam etdirilir./Lent.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR