İnsanlara hürriyət, millətlərə istiqlal!

Finlandiya sualtı kabeli zədələyən gəmini saxladı: Heyətdə azərbaycanlı da var

1233 31.12.2025 22:17 Dünya A A

Finlandiya sahil mühafizə xidməti Sent Vinsent və Qrenadin bayrağı altında üzən "Fitburg" yük gəmisini saxlayıb.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, gəminin Estoniya ilə Finlandiyanı birləşdirən fiberoptik kabel xəttini zədələdiyi bildirilir.  

Finlandiya polisinin məlumatına görə, gəminin 14 nəfərdən ibarət olan heyətində Rusiya, Qazaxıstan, Gürcüstan və Azərbaycan vətəndaşları olub.

Finlandiya Sahil Mühafizəsi gəmini Finlandiya körfəzində "Elisa" sualtı qayığının telekommunikasiya kabelinə zərər yetirməkdə ittiham edir. Finlandiya prezidenti Aleksandr Stubb ölkə hakimiyyətinin kabeli zədələdiyi iddia edilən gəmini yoxladığını bildirib. Finlandiya polisi zədələnmiş kabelin Helsinki və Tallini birləşdirdiyini və zərərin baş verdiyi yerin Estoniyanın eksklüziv iqtisadi zonasında olduğunu qeyd edib.

MarineTraffic-in məlumatlarına görə, "Fitburg" gəmisi Sankt-Peterburqdan yola düşüb və Hayfaya gedirdi.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR