Omanda keçirilən dəvə gözəllik müsabiqəsi qalmaqalla yadda qalıb – 20 heyvan süni “estetik müdaxilə”yə görə yarışdan diskvalifikasiya olunub.
Musavat.com xəbər verir ki, yüksək standartlara uyğun gəlmək üçün bəzi yetişdiricilər dəvələrin dodaqlarını botoks vasitəsilə böyüdüb, sifət nahiyəsini daha “yumşaq” göstərmək üçün miorelaksantlardan istifadə ediblər. Hətta bəzilərinə hörgücün formasını dəyişmək məqsədilə silikon tərkibli maddələr yeridildiyi müəyyən edilib.
Körfəz ölkələrində dəvələr arasında gözəllik müsabiqələri mütəmadi təşkil olunur və bu tədbirlərdə minlərlə heyvan iştirak edir. Mükafat fondları isə milyonlarla dollarla ölçülür.
Qaydaları pozan heyvanlar baytar müayinəsi zamanı aşkarlanıb. Təşkilatçılar bildiriblər ki, istənilən süni kosmetik dəyişiklik açıq şəkildə saxtakarlıq hesab olunur və belə hallara qarşı sərt tədbirlər görüləcək.
Musavat.com






