ABŞ müdafiə naziri Pit Heqset Venesuelada tammiqyaslı əməliyyatın mümkünlüyünü istisna etməyib.
Musavat.com xəbər verir ki, o, bu açıqlamanı 3 yanvarda CBS-ə verdiyi müsahibədə səsləndirib. ABŞ-ın Venesuelanı necə idarə etməyi planlaşdırdığı ilə bağlı suala cavab olaraq Heqset bildirib ki, Vaşinqton "qaydaları müəyyən edəcək". "Nəticə etibarilə, bundan sonra nə baş verəcəyinə nəzarət edəcəyik", - deyə o vurğulayıb.
Bunun ABŞ-ın Venesuelada tammiqyaslı əməliyyata başlaya biləcəyi anlamına gəlib-gəlmədiyi soruşulduqda, Pentaqon rəhbəri deyib: “Şərtləri biz müəyyən edirik. Prezident Tramp şərtləri müəyyən edəcək və nəticədə növbəti addımların nə olacağına qərar verəcək... Bundan sonra nə baş verəcəyinə biz nəzarət edəcəyik."
Ondan həmçinin Tramp administrasiyasının Venesuelada əlavə hərbi əməliyyatlar baş verəcəyi təqdirdə Konqresə məlumat vermək niyyətində olub-olmadığı soruşulub. Heqset qeyd edib ki, Nikolas Maduronun tutulması əməliyyatı Pentaqon tərəfindən ABŞ Ədliyyə Nazirliyinin dəstəyi ilə həyata keçirilib. "ABŞ Dövlət katibi Marko Rubio Konqresə əvvəlcədən məlumat verməyə ehtiyac olmadığını söyləməkdə haqlıdır. Lakin əlavə əməliyyatlar və ya bu əməliyyatın uzadılması olarsa, əlbəttə ki, Konqresi məlumatlandıracağıq. Onlar bizim tərəfdaşlarımızdır və biz bunu edəcəyik".
Musavat.com






